Mahmud Əhmədinejad and içdi
05 Avqust 2009 Çərşənbə 11:30
İran prezidenti Mahmud Əhmədinejad artıq vəzifələrinin icrasına başlayıb.

 

İranda yenidən prezident seçilən Mahmud Əhmədinejad and içərək vəzifələrinin icrasına başlayıb. Bu barədə məlumatı "CNN Türk" yayıb.  Andiçmə zamanı islahatçı namizəd Mir Hüseyn Musəvinin tərəfdarları parlament binasının qarşısına toplaşıblar.  Polis hələlik toplaşanlara qarşı hər hansı bir müdaxilə etməyib.
İran müxalifəti bu gün paytaxt Tehranda  Əhmədinejada qarşı geniş miqyaslı aksiyalar keçirməyi planlaşdırır.

Qeyd edək ki, ötən gün ABŞ da Əhmədinejadı İran prezidenti olaraq tanıyıb, amma prezident seçilməsi münasibəti ilə təbrik etməyib. Fransa, Almaniya və İngiltərə isə İran prezidentini təbrik etməyəcəklərini açıqlayıblar.

Xatırladaq ki, İranda prezident seçkisi iyun ayının 12-də keçirilib. Seçkinin nəticəsinə görə, Mahmud Əhəmdinejad seçicilərin 60 faizindən çoxinin səsini toplayaraq yenidən prezident seçilib. Nəticələrlə razılaşmayan müxalifət isə  küçələrə çıxıb. Baş vermiş toqquşmalar nəticəsində 20 nəfər ölüb, yüzlərlə adam yaralanıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar