Mahmud Əhmədinejad: “ABŞ prezidenti böyük səhvə yol verib”
17 İyun 2010 Cümə Axşamı 14:40
Mahmud Əhmədinejad: “İranın ortaya qoyacağı şərtlər sanksiyaları tətbiq edən və dəstəkləyənləri peşman edəcək”.
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, Qərbin əlindən sanksiyadan və ittiham etməkdən başqa bir iş gəlmir: “Həmin sanksiyalar hücum tipli deyil, bəlkə də onların özü üçün müdafiə xarakteri daşıyır. ABŞ bu sanksiyaların tətbiqinə nail olmaqdan ötrü özünə dilənçilik və yalvarışla bir neçə tərəfdaş yığdığından heç bir təsiri olmayacaq. Onlar bu sanksiyalarla İranın sülh danışıqlarına, eləcə də sülh məqsədli nüvə proqramına beynəlxalq aləmdə mane olmaq istəyirlər. Tarix boyu iranlılar dünyanın istənilən super güclərinə qarşı qalibiyyət əldə edərək yüksək səviyyədə əlaqələr qurublar. ABŞ prezidenti böyük səhvə yol verib. İran xalqı ilə əlaqələrin yolu yalnız dostluqdur”.
İran prezidenti ABŞ-ın bu gün Əfqanıstan və İraqda düşdüyü bataqlıqdan çıxmaq iqtidarında olmadığını vurğulayıb: “Obama İran əleyhinə sanksiyalarla siyasi qüdrətinin sarsıldığını sübut etdi. Mən amerikalılara və qərblilərə dəfələrlə demişəm. Siz İran xalqını və region xalqlarını yaxşı tanımırsınız, onların biri-biri ilə rəqabət aparmalarına baxmayın, dar ayaqda birləşərək sizə ən ağır zərbə vurmağa qadirdirlər”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar