Mahmud Abbas Rusiyaya səfər edib
07 Aprel 2009 Çərşənbə Axşamı 12:20
Fələstin administrasiyasının prezidenti Moskvada Rusiya prezidenti Dmitri Medvedevlə görüşüb

Fələstin administrasiyasının prezidenti Mahmud Abbas İraqdan sonra Rusiyaya səfər edib. Paytaxt Moskvada Rusiya  prezidenti Dmitri Medvedevlə görüşən Fələstin lideri onunla Yaxın Şərqdəki vəziyyət, İsraillə Fələstin arasındakı sülh prosesinin perspektivləri, "Həmas" və Fələstin administrasiyası arasındakı münasibətlər, Rusiya və Fələstin arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması, eləcə də bu il yayda Moskvada keçirilməsi planlaşdırılan Yaxın Şərq konfransı barədə fikir mübadiləsi aparıb. Dmitri Medvedev bundan sonra da Fələstinə bütün sahələrdə yardım etməyə hazır olduqlarını söyləyib. Qeyd edək ki, son yarım il ərzində bu, Mahmud Abbasın Rusiyaya 2-ci səfəridir./ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar