Mahaçqalada atışma: dörd ölü
25 Sentyabr 2009 Cümə 01:30
Milis əməkdaşları şübhəli avtomobili saxlamaq istəyib və qarşıdurma yaranıb
Mahaçqalada ötən axşam baş vermiş atışmada qanunsuz silahlı dəstəyə üzvlükdə şübhəli bilinən üç nəfər və bir milis əməkdaşı həlak olub.
Milis əməkdaşları VAZ-21014 markalı avtomobili baxış üçün saxlamağa cəhd göstəriblər. Lakin maşındakı sərnişinlər atəş açıblar. Bundan sonra atışma başlayıb.
Silahlıların olduğu maşından iki avtomat və çoxlu sayda döyüş sursatı aşkarlanıb. Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, insidentin təfərrüatları araşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar