Mahaçqala silahlılarının lideri öldürülüb
09 Oktyabr 2009 Cümə 00:05
Dağıstanda “Mahaçqalanın əmiri” adlandıran Hacımurad Kamalutdinova qarşı əməliyyat keçirilib
Dağıstanın Qızılyurd rayonundakı Kirovaul yaşayış məntəqəsində btən gün yerli vaxtla saat 17.30-da (Bakı vaxtı ilə 18.30) başlayan əməliyyat başa çatıb. Döyüşlər zamanı özünü “Mahaçqalanın əmiri” adlandıran Hacımurad Kamalutdinov və onun vətəndaş nigahında olduğu qadın öldürülüb.
Rusiya Federaal Təhlükəsizlik Bürosunun Dağıstan üzrə idarəsinin məlumatına görə, qadın da hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərib və onlara qumbara atıb.
Hacımurad Kamalutdinov və arvadının gizləndiyi evdə əməliyyatların aktif fazasından sonra hazırda istehkamçılar və yanğınsöndürənlər işləyir. Əməliyyatın keçirildiyi yer hələ də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühasirədə saxlanılır.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: