Mafiyanın yeni rabitə vasitəsi feyzbuk
01 Fevral 2010 Bazar Ertəsi 01:55
İngiltərədə mafiya lideri cinayətkar qrupunu həbsxanadan feyzbukla idarə edir
İngiltərənin təhlükəli mafiya liderlərindən biri hesab olunan Kolin Qann ölkənin ən yaxşı mühafizə olunan həbsxanasında olmasına baxmayaraq öz qrupunu idarə edir, onlara cinayət üçün əmrlər verir. Buna səbəb isə məhkumlar üçün internet imkanlarının yaradılmış olmasıdır. 2004-cü ildə 35 il həbsə məhkum olan Qann isə internet azadlığından mafiyasını idarə etmək üçün istifadə edir.
Feyzbukda (Facebook) 565 dostu olan liderin, “Bir gün evə qayıdacağam. Gözlərindəki qorxunu görmək üçün çox səbrsizlənirəm” – yazılı hədələyici ismarışı isə hüquq-mühafizə orqanlarının səbrini daşdırıb.
Daha bir məhkum, 16 yaşlı qatil də öldürdüyü şəxsin ailəsinə onları məsxərəyə qoyacaq mesaj yollayıb. Ədliyyə nazirliyinin rəsmiləri bu hadisələri görməməzliyə vurmayacaqlarnı deyiblər. Onlar həbsxanalarda ictimai şəbəkə saytlarına qadağa qoyacaqlarını bildiriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: