Mafiya 2 milyon arını məhv etdi
10 Mart 2014 Bazar Ertəsi 08:31
Araşdırmalar zamanı arıçılıq müəssisənin ətrafındakı tikanlı məftillərin kəsildiyi və arı pətəyinə zəhər püskürdüldüyü aşkarlanıb.
İtaliyada bu ölkəyə məxsus “Millefiori” balını istehsal edən 2 milyondan çox arı tələf olub. ANS RESS-in xəbərinə görə, hadisəni araşdıran polis ölkədə hələ də təsir gücünə malik mafiyadan şübhələnir.

Belə ki, araşdırmalar zamanı arıçılıq müəssisənin ətrafındakı tikanlı məftillərin kəsildiyi və arı pətəyinə zəhər püskürdüldüyü aşkarlanıb.

Məlumata görə, bu hadisə İtaliyanın bal bazarına 170 min dollara yaxın ziyan vurub.

Arıların sahibi isə heç kim tərəfindən hədələnmədiyini, bunun hansı səbəbdən baş verə biləcəyini bilmədiyini deyib.

Faktla bağlı araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar