Əsgərlər Madaqaskar paytaxtının beynəlxalq hava limanında ölkənin keçmiş prezidenti Mark Ravalumananı ələ keçirmək üçün axtarış aparırlar. Belə bir məlumat var ki, martda ölkədən qovulmuş Ravalumanana gizli şəkildə ölkəyə qayıtmaq istəyir.
Həyəcan təbili Mavrikidən gələn aviareyslərdən birində sərnişinlərin siyahısının itməsi bağlı çalınıb. Bundan sonra hava limanına bir neçə əsgər bölüyü gətirilib və sərnişin zalında, hətta uçuş zalında araşdırma aparılıb. Sərnişinlərin baqajı yoxlanılıb və aralarında keçmiş prezidentin həmfikirlərini tapmaq üçün onlar dindirilib. /ANS PRESS/