Macarıstanda zəlzələ baş verib
30 Yanvar 2011 Bazar 04:35
1985-ci ildən bu yana ən güclü yeraltı təkanlar paytaxt Budapeştdə də hiss edilib.
Macarıstanın qərbində 4,8 bal gücündə zəlzələ baş verib. 1985-ci ildən bu yana ən güclü yeraltı təkanlar paytaxt Budapeştdə də hiss edilib. Məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Bəzi binalara qismən zərər dəyib, çatlar əmələ gəlib və suvağı tökülüb. Hökumət körpü və tunellərdə xüsusi yoxlamalara hazırlaşır.

ABŞ Geoloji Xidmətinin saytında yerləşdirilmiş məlumata görə, zəlzələ ötən gün yerli vaxtla saat 18.41-də (Bakı vaxtı ilə 21.41) qeydə alınıb. Yeraltı təkanların episentri Budapeştdən 55 kilometr qərbdə qeydə alınıb. Zəlzələ ocağı 8,3 kilometr dərinlikdə olub. ABŞ Geoloji Xidməti yeraltı təkanların gücünün 4,2 bal olduğunu bildirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar