Maaş ala bilməyən işçi qartopu ilə baş nazirin başından vurdu
13 Mart 2010 Şənbə 02:30
Rumıniyanın hökumət başçısı jurnalistlərin suallarına cavablanlırarkən başına qartopu dəyib
Buxarestdə keçirilən etiraz aksiyasında iştirak edən dövlət qulluqçusu Rumıniyanın baş naziri Emil Bokun başından qartopu ilə vurub. Məlumatı yerli KİV yayıb.
Təxminən 200 nümayişçi maaşların dondurulmasına etiraz etmək məqsədilə hökumət binasının qarşısına toplaşıb. Baş nazir Emil Bok isə aksiya iştirakçılarına yaxınlaşıb. O, jurnalistlərin suallarını cavablandırarkən başına qartopu dəyib.
Bundan sonra digər aksiya iştirakçıları da baş nazirə qartopu atmağa başlayıblar. Lakin onların heç biri hədəfə düşə bilməyiblər. Çünki Emil Bokun yardımına təhlükəsizlik xidmətinin əməkldaşları gəliblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: