Luqanskda 60 adam girov götürülüb
08 Aprel 2014 Çərşənbə Axşamı 22:40
Bu fakt Ukrayna Təhlükəsizlik xidmətinin binasını ələ keçirən radikal qruplaşmaya qarşı əməliyyat zamanı müəyyən olub.
Luqansk şəhərində Ukrayna Təhlükəsizlik xidmətinin (SBU) binasını ələ keçirən radikal qruplaşmaya qarşı əməliyyat zamanı müəyyən olub ki, oradakı silahlı qruplaşma binanı minalayaraq 60-a yaxın adamı girov saxlayır, terrorçuların metodlarına əl atırlar.

Bu haqda xəbər yayan SBU qeyd edir ki, baş verənlər həm binanın içində, həm də onun yaxınlığında olan adamların həyatına təhlükə kəsb edir. “Ukrayna təhlükəsizlik xidməti tələb edir ki, cinayətkarlar girovları azad etsinlər, silahları yerə qoyub binanı minalardan təmizləsinlər” – deyə SBU-nun bəyanatında bildirlir.

Aprelin 6-da binanı zəbt edən şəxslər tələb edirlər ki, əvvəlki günlərdə həbs olunan separatçılar azad olunsun.


DOSTLARINLA PAYLAŞ:

oyunlar