Luqansk vilayətində separatçılar hərbi hissəni ələ keçirdi
04 İyun 2014 Çərşənbə 10:18
Luqansk vilayətində rusiyameyilli silahlı üsyançılar Ukrayna Daxili Qoşunlarına məxsus hərbi hissəni keçirdiklərini bəyan edib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hərbi hissədə olan hərbçilərin hamısı silahlılara təslim olub. "Hazırda hərbçiləri meydana toplamışıq. Onlarla bağlı nə edəcəyimizi fikirləşirik", deyə separatçılar bildirir.

Ukrayna mətbuatı isə yazır ki, Luqanskda silahlılarla hərbçilər arasında gedən döyüşlərdə separatçılar xeyli itki verib. 10 silahlı yaralanıb, bir neçə nəfər isə ölüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar