Lukaşenkonu təhqir edən polşalı jurnalist 3 illik azadlıqdan məhrum edilib
05 İyul 2011 Çərşənbə Axşamı 22:09
Həbs olunan 400-dək aksiya iştirakçısından 210-u paytaxt Minskdə, təxminən 180-i isə regionlarda saxlanılıb.
Belarusun baş naziri Mixail Myasnikoviç Azərbaycana səfərə gəlir. Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç mətbuat konfransında deyib ki, səfər zamanı bir sıra sənədlər imzalanacaq. Razılaşmaların əsasən, iqtisadi sahəni əhatə edəcəyi bildirlir.
Onu da qeyd edək ki, Belarusun müxalif qüvvələri daxildə ciddi maliyyə böhranı yaşandığını idda edərək kütləvi etraz aksiyalarına cəhd etmişdilər. Hökumət isə iqtisadi böhranın olması ilə bağlı yayılan məlumatları yanlış sayır. Belarus məhkəməsi isə prezident Aleksandr Lukaşenkonu təhqir edən polşalı jurnalist Andrey Poçobutu 3 il müddətinə azalıqdan məhrum edib.
Belarusda müstəqillik günündə təşkil edilən “sosial şəbəkələr vasitəsilə inqilab” aksiyalarının həbs olunmuş iştirakçılarının məhkəmə prosesi keçirilir. Hüquq müdafiə mərkəzlərinin məlumatına görə, Minskdə artıq kiçik dələduzluq maddəsi üzrə 15 sutkayadək inzibati həbs cəzası verilib və cərimələr tətbiq olunub. Həbs olunan 400-dək aksiya iştirakçısından 210-u paytaxt Minskdə, təxminən 180-i isə regionlarda saxlanılıb.
Hüquq müdafiəçiləri ölkə rəhbərliyini dinc aksiyalarda iştirakına görə həbs olunan bütün vətəndaşlrın dərhal azadlığa buraxılmasını, sərbəst toplaşma azadlığının təmin olunmasını, aksiya iştirakçılarının döyülməsinin dayandırılmasını, hüquq mühafizə orqanı əməkdaşlrının səlahiyyətlərini aşması ilə bağlı bütün faktların təcili araşdırılmasını tələb ediblər. Belarusda keçirilən səssiz etiraz aksiyasının səbəbi ölkədəki iqtisadi durumla bağlı olub.
Bu ölkədə etirazlara münasibət bildirən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç isə ölkəsində iqtisadi durumun o qədər də ağır olmadığı qənaətindədir. Onun sözlərinə görə, Belarusun iqtisadiyatında fövqəlada bir şey baş vermir: “Belarus məhsullarının ixracı bu ilin 5 ayı ərzində, ötən ilin müvafiq dövrü ilə müqaiysədə 61,2 faiz artıb. Bu gün dünyanın əksər ölkələri ciddi böhran yaşamaqda davam edirlər. Dünyanın heç bir ölkəsi böhranın problemindən kənarda qala bilməz. Xüsusilə də Belarus kimi iqtisadiyyatı olan bir ölkə”.
Xatırladaq ki, iyulun 3-də Belarusda müstəqillik günü ilə əlaqədar paytaxt Minskin mərkəzində ənənəvi səssiz etiraz aksiyası keçirilib. Yüzlərlə adamın qatıldığı etiraz aksiyası milislə toqquşma ilə başa çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: