Lukaşenko Rusiyanı ittiham etdi
26 Noyabr 2010 Cümə 02:40
“Rusiyanın Belarus prezidentliyinə iki müxalifət namizədini maliyyələşdirməsi ilə bağlı məlumatlara malikik”
Belarus prezidenti Aleksandr Lukaşenko Fransanın “Figaro” qəzetinə müsahibəsində bəyan edib ki, Rusiyanın Belarus prezidentliyinə iki müxalifət namizədini maliyyələşdirməsi ilə bağlı məlumatlara malikdir. Jurnalistin Rusiyanın Belarus müxalifətinə yardım edib-etməməsi ilə bağlı sualına Aleksandr Lukaşenko belə cavab verib: “Bu, belədir və biz bunu bilirik. Bizdə faktlar var. Vladimir Neklyayev, Andrey Sannikov-Rusiyanın bu gün maliyyələşdirdiyi adamlar bunlardır”.
Aleksandr Lukaşenkonun fikrincə, müxalifət namizədləri seçkiqabağı kampaniya aparmağa hazır deyillər: “Əgər prezident kampaniya onlar üçün illüziyadırsa, o zaman onların bu illüziyada iştirak etməmək hüququ var. Əgər onlar əsl siyasətçidirlərsə, onda məsuliyyəti üzərinə götürmək və bu post uğrunda mübarizə aparmaq lazımdır. Məncə, onlar seçkiqabağı kampaniyanı aparmağa hazır deyillər”.
Bununla belə, Aleksandr Lukaşenko əməkdaşlıq imkanlarını da istisna etməyib: “Mən ölkə prezidentiyəm və bu gün öütün xalqı təmsil edirəm. Əgər hansısa vətənş, adamlar qrupu və ya hansısa partiya mövcud hakimiyyətlə, o cümlədən, prezidentlə əməkdaşlıq etmək istəyirsə, buyursunlar. Bunun əsasında ilk növbədə insanların həyat şəraitinin yaxşılaşdırılması dayanmalıdır”.
DOSTLARINLA PAYLAŞ: