Lukaşenko rəqibini bağışladı
15 Aprel 2012 Bazar 16:25
Andrey Sannikov və onun yaxın adamı azadlığa buraxılıb.
2010-cu ildə Belarusda prezidentliyə namizəd olmuş Andrey Sannikov həbsdən azadlığa buraxılıb. O, Belarus prezidenti Aleksandr Lukaşenkonun əfv fərmanına əsasən azad edilib. Xatırladaq ki, Andrey Sannikov seçkilərdə 2,43 faiz səs toplamış, 2010-cu il dekabrın 19-da isə seçkinin nəticələrinə etiraz aksiyası zamanı həbs edilmişdi.
2011-ci ilin mayında Sannikov kütləvi iğtişaşlar təşkil etməkdə ittiham edilərək, 5 il həbs cəzası almışdı. Bu səhər isə Andrey Sannikovun yaxın adamı və «Avropalı Belarus» müxalifət hərəkatının koordinatoru Dmitri Bondarenko da azad edilib.
DOSTLARINLA PAYLAŞ: