Lukaşenko kiçik oğlunu prezident edəcək?
12 İyul 2009 Bazar 16:00
Belorus prezidenti ölkəsində diktatura rejiminin olmadığını bildirib

 

Belorus prezidenti Aleksandr Lukaşenko bildirib ki, onun ölkəsində diktatura rejimi yoxdur və o kiçik oğlunu öz yerinə hazırlamır.

Qeyd edək ki, Belorus lideri ilk dəfə olaraq 3-cü oğlunun varlığı barədə məlumatı 2007-ci yerdə verib. Buna qədər isə onun yalnız 2 oğlu olması barədə məlumat var idi. Onda Lukaşenko gülümsəyərk demişdi: "Əgər varisdən danışırıqsa, onda ən kiçiyini hazırlayacam".

Lukaşenkonun bu müsahibədən sonra cəmiyyət arasına 5 yaşı olan oğlu ilə tez-tez çıxması söz-söhbətlərin yaranmasına səbəb olmuşdu. "Bizdə bu mümkün deyil, əgər mən öz övladım barədə nəsə demişəmsə, bu adi bir zarafat idi. Amma jurnalistlər bunu nəyə görəsə ciddi qəbul ediblər. "

"Oğlunuz 10 ildən sonra prezident olacaqmı? sualına Lukaşenko "çətin ki" cavabını verib. "O vaxta kimi yeni insanlar böyüyəcək. Prezidentin kim olacağını isə belorus xalqı müəyyən edəcək" deyə prezident qeyd edib.

Jurnalistlərin sualını cavablandıran Lukaşenko bildirib ki, Belorusda diktatura ola bilməz. Onun sözlərinə görə, əgər bu belə olsa idi, bizi əzərdilər. Bizim nüvə silahımız, enerjidaşıyıcımız yoxdur. Biz dünyadan asılı bir dövlətiyik. Belorus dünya ictimaiyyəti tərəfindən qəbul edilməyən Avstriya siyasətini apara bilməz. " Bir də dikatatorlar özlərini mənim kimi aparmırlar." deyə Lukaşenko bildirib.

Qeyd edək ki, bu ölkədə növbəti prezident seçkiləri 2011-ci ildə keçiriləcək. /ANSPRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar