Lukaşenko ilə Çaves görüşmək niyyətindədirlər
20 İyun 2009 Şənbə 23:40
Müvafiq razılıq iki ölkə liderinin telefon söhbəti zamanı əldə olunub

Belarus və Venesuela liderləri telefon söhbəti zamanı görüşmək barədə razılıq əldə ediblər. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, görüş yaxın zamanlarda baş tutmalıdır.

Rəsmi Minskin məlumatına görə, telefon söhbəti Venesuela prezidenti Uqo Çavesin təşəbbüsü ilə baş tutub. Aleksandr Lukaşenko ilə söhbət zamanı Çaves iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlıqla bağlı məsələləri müzakirə edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar