Love Parade daha keçirilməyəcək
25 İyul 2010 Bazar 18:05
Bu barədə Love Parade festivalı təşkilatçısı Rayner Şaller bəyan edib.
Almaniyada 19 nəfərin ölümü və 342 nəfərin xəsarət alması ilə nəticələnən "Love Parade" festivalı daha heç bir vaxt keçirilməyəcək. Bu barədə mətbuat konfransında festival təşkilatçısı Rayner Şaller bəyan edib.

Xatırladaq ki, dünən Almaniyanın Duysburq şəhərində keçirilən “Məhəbbət paradı” adlı musiqi festivalı faciə ilə nəticələnib. Hadisə gənclərin texno-musiqi festivalında iştirak etmək üçün tuneldə toplaşdıqları zaman baş verib. Tunelə həddindən çox adamın toplaşması qarışıqlığa səbəb olub. Yaranmış basabas nəticəsində ölnələrin sayı 19 nəfərə çatıb, 342 adam isə yaralanıb. Polis rəsmiləri hadisəyə dəqiq nəyin səbəb olduğunu təyin etməyə çalışırlar. Polis basabas baş verməzdən bir müddət əvvəl tuneldə insanların sayının çox olduğunu nəzərə alaraq girişləri bağlayıb. Beləki ki, musiqi festivalının keçirildiyi məkana buraxılış ancaq bir tuneldən olub. Məlumata görə, tədbirdə 1 milyon 400 min adam iştirak edib. İnsanlar baş verənlərə görə, tədbir təşkilatçılarını ittiham ediblər. Almaniya prezidenti Kristian Vulf hadisə ilə bağlı narahatçılığını ifadə edib.

Qeyd edək ki, “Məhəbbət paradı” musiqi festivali 1989-cu ildən bəri keçirilir və ildən-ilə festivalın iştirakçıları artır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar