Lotereyada 16 milyon uddu, almağa gelmedi
23 Noyabr 2013 Şənbə 15:35
Teyin edilen 6 aylıq vaxtın bitdiyine göre, teşkilatçılar hemin xoşbext bileti etibarsız hesab edibler.
ABŞ sakini "Powerball" lotereyasında udduğu 16 milyon dolları almağa gelmeyib. ANS PRESS-in vz.ru saytına istinaden verdiyi melumata göre, hadise ABŞ-ın Florida ştatında baş verib.
Teyin edilen 6 aylıq vaxtın bitdiyine göre, lotereyanın teşkilatçıları hemin xoşbext bileti etibarsız hesab edibler. İTAR-TASS agentliyinin elde etdiyi melumata göre, bilet Tampa şeherinin supermarketlerinden birinde may ayında satılıb.
“Bele hadiseler çox az hallarda baş verir. Biz başa düşe bilmirik ki, o şexs neye göre pulu almağa gelmeyib. Çox böyük ehtimalla o, bileti harasa tullayıb”. Lotereya teşkilatçılarından biri bele deyib.
ABŞ mediasının yaydığı informasiyaya göre, 2003-cü ilde Florida ştatında bir namelum şexs de udduğu 53.7 milyon dolları almağa gelmemişdi.
DOSTLARINLA PAYLAŞ: