Ukraynanın Lvov vilayətinin sakini “Super loto” uduşlu oyununda iştirak edərək 1 mln. 217 min ABŞ dolları udub. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Lotereyasının rəsmi saytında bildirilir.
Saytda gstərilib ki, bu məbləğin xoşbəxt sahibi Lvov vilayətinin Kamenka-Buqskaya şəhərinin sakinidir.
Lakin qalibin adı açıqlanmır. /ANS PRESS/