Londonda minlərlə insan küçəyə axışıb
21 Noyabr 2010 Bazar 14:15
Onlar Əfqanıstanda müharibənin əleyhinə etiraz aksiyası keçiriblər
Londonda İngilis Müsəlmanlar Birliyi və nüvə silahı əleyhdarları etiraz aksiyası keçirib. London küçlərində yürüş edən minlərlə insan “Müharibəyə yox!”, “Əsgərləri geri çəkin”, “Müharibəni dayandırın!” şüarlarını səsləndirib.

Etirazçılar arasında Əfqanıstanda yaxınları vuruşan, yaxud oradakı hərbi əməliyyatlarda yaxınlarını itirən insanlar da olub. Aksiya iştirakçıları Lissabonda keçirilən NATO sammitinə də etirazlarını ifadə ediblər. Onların sözlərinə görə, dünya liderləri sülh haqqında danışsalar da, əslində daha beş il davam edəcək hərbi əməliyyatların proqramını hazırlayıblar.

Etirazçılar hərbi əməliyyatların yanlış bir qərar olduğunu bildiriblər. Onlar qüvvələrin dərhal geri çəkilməsini tələb ediblər. Etirazçılar hərbi əməliyyatlara xərclənən vəsaitlərin əfqanların həyatını yaxşılaşdırmaq üçün istifadə oluna biləcəyini dilə gətiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar