Londonda mavi xoruz heykəli qoyulub
25 İyul 2013 Cümə Axşamı 22:07
Heykəlin «güc və yeniləşmənin» rəmzi olduğu bildirilir.
Londonda Trafalqar meydanındakı dördüncü postamentdə bu gün parlaq mavi rəngli xoruz heykəli açılıb. ANS PRESS Britaniya mətbuatına istinadən bildirir ki, hekəlin müəllifi alman heykəltəraş Katarina Friçdir. Londonlular onun işini «ev xoruzu» adlandırıblar.
Açılış mərasiminə yüzlərlə insan, o cümlədən, London meri Boris Conson və müəllif də qatılıb. Heykəlin «güc və yeniləşmənin» rəmzi olduğu bildirilib. Heykəlin hündürlüyü 4,72 m-dir. Daha öncə burada yelləncək at üzərində oturmuş oğlan heykəli qoyulmuşdu.
Trafalqar meydanında bundan başqa daha 4 heykəl var. Onlardan birincisi meydanın mərkəzindəki sütunun üzərindədir və Nelsona məxsusdur. Qalan üç postamentdə isə klassik üslublu heykəllər qoyulub: kral IV Georq və iki sərkərdə - general Çarlz Napyer və Henri Heyvlokun heykəlləri yer alıb.
DOSTLARINLA PAYLAŞ: