Londonda kamunike qəbul olundu
30 Mart 2011 Çərşənbə 05:08
Bununla da dünya liderləri Müəmmər Qəddafinin və onun tərəfdarlarının əməllərinin cəzasız qalamyacağını göstəriblər
Londonda keçirilən konfransın nəticəsi olaraq dünya liderləri Müəmmər Qəddafi rejimi tərəfdarlarına qarşı sanksiyaları sərtləşdirmək haqda qərar qəbul ediblər. Qəbul edilən birgə komunikedə Qəddafiyə qarşı yerli və beynəlxlaq səviyyədə sanksiyalaran sərtləşdirilməsinə çağırılır. Bununla da dünya liderləri Müəmmər Qəddafinin və onun tərəfdarlarının əməllərinin cəzasız qalamyacağını göstəriblər. Bundan başqa konfrans iştirakçıları Liviyada BMT Təhlükəsizlik şurasının Müəmmər Qəddafi ilə bağlı qətnaməni tam yerinə yetirilməsinə qədər əməliyyatları davam etdirməyə razlaşıblar.
Konfrans iştirakçıları Liviya ilə «əlaqə qurupunun» yaradılmasına razılaşıblar. Əlaqə qurupuna kimlərin daxil olması haqda hələlik dəqiq məlumat olmasa da Qətər artıq adı çəkilən qrupun ilk toplantısını öz ərazisində keçirməyə razılıq verib. Müxalifətin silahla təmin ediləmsi məsələsinə gəlincə BöyükBritaniya baş naziri Viliyam Heyq bu məsələnin konfransda müzakirə edilmədiyini deyib. Onun sözlərinə görə konfransda NATO əməliyyatlarına İsveçrəinin dəstək verəcəyi ilə bağlı razılıq əldə olunub.
DOSTLARINLA PAYLAŞ: