Londonda İslam maliyyələşməsi
02 Yanvar 2011 Bazar 19:15
Konfransda müxtəlif ölkələrdən 100-dən çox maliyyə mütəxəssisinin iştirakı gözlənilir
Martın 28-29-da Londonda İslam maliyyələşməsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Konfransda müxtəlif ölkələrdən 100-dən çox maliyyə mütəxəssisinin iştirakı gözlənilir.

Konfransın əsas mövzusu İslam maliyyələşməsi platformasının təqdim edilməsi və hazırda dünyada müşahidə olunan qeyri-müəyyən maliyyə və iqtisadi şəraitdə bu növ maliyyə xidmətlərinin üstünlüklərinin müzakirə edilməsidir. Bundan başqa, tədbir iştirakçılarına İslam maliyyələşməsinin investisiya imkanları, bu sahədə son zamanlar müşahidə olunan artım göstəriciləri və onların ənənəvi maliyyə qurum və xidmət növləri ilə müqayisə göstəriciləri təqdim ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar