Londonda baş vermiş kütləvi iğtişaşlar zamanı bir nəfər ölüb
02 Aprel 2009 Cümə Axşamı 11:10
Ölümünün səbəbləri hələ ki, açıqlanmır

Aprelin 1-də Londonda baş vermiş kütləvi iğtişaşlar zamanı bir nəfər ölüb. BBC-nin məlumatına görə, “Böyük iyirmiliy”in sammitinə etiraz olaraq keçirilən aksiyada iştirak edən şəxs gözlənilmədən yerə yıxılıb və huşunu itirib. Hadisənin şahidləri xilasetmə xidmətinə xəbər versələr də, həkimlər gələnədək o, dünyasını dəyişib.
Həmin şəxsin ölümünün səbəbləri hələ ki, açıqlanmır. Əvvəl bildirilirdi ki, İngiltərə bankının binasının qarşısında (Bank of England) nümayişçilərin polislə qarşıdurması zamanı bir neçə nəfər ciddi xəsarət alıb.

Qeyd edək ki, Londonda keçirilən aksiyada dörd min nəfər iştirak edib. Kapitalizmə və iqlim dəyişikliyinə etiraz edənlər "Royal bank of Scotland"ın binasına daxil ola biliblər və onun divarına "oğru" sözü yazıblar. İşğtişaşın qarşısını almaq istəyən xüsusi təyinatlı dəstə və polis tüstüdən istifadə edib.
Qeyd edək ki, qlobal maliyyə böhranına həsr olunmuş “Böyük iyimirliyin” sammiti rəsmi olaraq bu gün başlayır. Sammit çərçivəsində artıq ölkələrin rəhbərləri arasında ikirətəfli görüşlər baş tutub. /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar