Londonda 1200 aviareys təxirə salındı .
06 Fevral 2012 Bazar Ertəsi 01:32
Böyük Britaniyanın paytaxtında çovğun gözlənilir.
İtaliyada son 26 ildə yağan ən güclü qarın fəsadları aradan qaldırılır. Paytaxt Romanın bəzi yerlərində qarın hündürlüyü 20 santimetrə çatır. İflic olan nəqliyyatın hərəkəti artıq bərpa olunub. Kolizey, Müqəddəs Pyotr Bazilika kimi turistik məkanlar isə hələ də bağlıdır. Havanın nisbətən yumşalmasına baxmayaraq, sinoptiklər sərt şaxtanın yenidən qayıdacağını proqnozlaşdırır.
Böyük Britaniyanın paytaxtı Londonda isə çovğun proqnozlaşdırılıb. Güclü qar yağması və pis hava şəraiti ilə əlaqədar Hitrou beynəlxalq hava limanında bu gün 1200-dən çox reys təxirə salınıb. Bu isə reyslərin 1/3 hissəsi deməkdir.
İngiltərənin digər hava limanlarında isə hələlik reyslərin qrafikində dəyişiklik edilməyib. Şəhərlərarası nəqliyyatın işində də çətinliklər yaranıb. Britaniyada sərt qış özünü son sutkalarda göstərib. Dünən gecə temperatur mənfi 10 dərəcədən aşağı düşüb.
DOSTLARINLA PAYLAŞ: