Lokomotiv hokkey komandası ilə vidalaşmağa 100 min adam gəlib
10 Sentyabr 2011 Şənbə 17:25
Lokomotiv hokkey komandası ilə vidalaşmağa 100 min adam gəlib. Rusiyanın baş naziri Vladimir Putin də Yaroslavla gəlib.
Rusiyanın Yaroslavl şəhərində "Yak-42" təyyarəsinin qəzaya urğaması nəticəsində ölən "Lokomotiv" hokkey komandasının üzvləri ilə vida mərasiminə 100 min adam gəlib. "Ledovly saray"a gələnlər vida mərasimindən sonra da dağılışmayaraq, "Loko! Loko!" qışqıraraq, alqışlamağa davam ediblər.
Vida mərasiminə Rusiyanın baş naziri Vladimir Putin də gəlib, mərhum hokkey oyunçuların tabutları önünə gül-çiçək qoyub.
Xatırladaq ki, sentyabrın 7-də Yaroslavlda qəzaya uğramış "Yak-42" təyyarəsində olan 45 nəfərdən 43-ü həlak olub. Qəzadan yalnız idmançılardan biri və bortmexanik sağ qurtula bilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: