Liviyanın paytaxtı Tripolidə polis rəisi öldürüldü
12 Avqust 2014 Çərşənbə Axşamı 23:51
Tripolidə polis rəisi şəhər ətrafında keçirilən görüşdən qayıdarkən pusquya salınıb.
Liviyanın paytaxtı Tripolinin polis rəisi polkovnik Məhəmməd as-Suissi sui-qəsd qurbanı olub.

ANS PRESS-in məlumatına görə, bu haqda ölkə hakimiyyəti bildirib.

O, şəhər ətrafında keçirilən görüşdən qayıdarkən pusquya salınıb və öldürülüb.

Polkovnik üsyançı, istefaya çıxmış general Xəlifə Xəftara tərəfdarı olub.

Liviyada istefaya göndərilmiş general Xəlifə Xəftarın tabeçiliyində olan ordu qüvvələri və digər silahlı dəstələr arasında genişmiqyaslı döyüşlər gedir.

Ölkə mediası yazır ki, Liviya artıq tam xaos vəziyyətinə yaxınlaşır, yüzlərlə liviyalı ölkənin daxilində silahlı qrupların qarşıdurmasının qurbanı olur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar