"Liviyanın gələcəyi liviyalıların əlindədir"
22 Avqust 2011 Bazar Ertəsi 11:05
Obama Qəddafini daha çox qan axıdılmasının qarşısı almaq üçün hakimiyyəti buraxmağa çağırıb
"Liviya lideri Müəmmar Qəddafinin rejimi kollapsın əlamətlərini nümayiş etdirir". ANS PRESS BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.

Obama Qəddafini Liviyadakı vəziyyətə nəzarət etmədiyini etiraf etməyə və daha çox qan axıdılmasının qarşısı almaq üçün hakimiyyəti buraxmağa çağırıb.

ABŞ prezidentinin sözlərinə görə, Liviyanın gələcəyi indi liviyalıların əlindədir.

Obama deyib ki, ABŞ əvvəlki kimi üsyançıların Milli Keçid Şurası ilə sıx əməkdaşlığı davam etdirəcək.
Bundan əvvəl üsyançılar bildirmişdilər ki, hər şeyi öz nəzarətlərinə alıblar. Üsyançıların sözlərinə görə, Tipolinin böyük hissəsi onların əlindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar