Liviyalı müxalifətçilər İtaliyadan silah gözləyir
08 May 2011 Bazar 20:21
Liviyalı müxalifətçilər İtaliyadan silah gözləyir. Lakin Roma hələlik silah karvanını göndərməyə hazırlaşmır.
Liviya müxalifətinin nümayəndəsi İtaliya hökumətinin üsyançılara silah satmağa razılıq verdiyini bəyan edib. Benqazidə Mərkəzləşmiş Liviya müxalifətinin təmsilçisi Abdel Hafid Qhoqa üsyançı qüvvələrin İtaliyadan silah gözlədiklərini deyib. Müxalifətin yaratdığı Keçid Milli Şurasının mətbuat katibi konkret tarix açıqlamasa da, İtaliya hökumətinin onlara silah satmağa razılıq verdiyini bildirib.

Lakin nədənsə Romada bu xəbəri təsdiq edən rəsmi qurum tapılmayıb. Üstəlik İtaliya Xarici İşlər Nazirliyi bu iddianı ümumiyyətlə rədd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar