Liviyadan daha bir yüksəkçinli istefa
01 Aprel 2011 Cümə 04:53
Liviyanın BMT-dəki nümayəndəsi də tutduğu vəzifədən istefa verib.
Liviyanın BMT-dəki nümayəndəsi, sabiq daxili işlər naziri Əli Əbdüssəlam Treki də tutduğu vəzifədən istefa verib. Qeyd edək ki, ABŞ-ın Liviya rəsmilərinə viza verməməsi səbəbilə Nikaraqua bu ölkəni BMT-də təmsil edəcəyini demişdi.

Xatırladaq ki, 2 gün əvvəl Liviyanın xarici işlər naziri Musa Kusa Böyük Britaniyaya qaçmış və istefasını açıqlamışdı. Sabiq nazir həmçinin siyasi sığınacaq üçün bu ölkəyə müraciət edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar