Liviyadakı iğtişaşlarda ölənlərin sayı 40 nəfəri ötüb
19 Fevral 2011 Şənbə 01:03
Liviyanın bir şəhəri etirazçıların əlinə keçib, vəziyyət hər saat gərginləşir.
Liviyada həftənin əvvəlindən başlayan kütləvi iğtişaşlar zamanı ölənlərin sayı 41 nəfərə çatıb. Bu barədə məlumatı yerli KİV-lər yayıb.
Ölənlərin təxminən yarısı etirazların episentrinin - Liviyanın böyüklüyünə görə ikinci şəhəri Benqazinin payına düşür. Bundan başqa, Derne şəhərində də 7 nəfərin bldüyü barədə məlumatlar var.
Bəzi məlumatlara görə, Əl Bayda şəhəri etirazçıların əlinə keçib. Hazırda təhlükəsizlik qüvvələri şəhəri tam mühasirəyə alıblar. Ötən gün bu yaşayış məntəqəsində hökumət əleyhinə etirazların iştirakçıları nümayişi dağıtmağa cəhd edən iki polis əməkdaşını əolə keçirərək, asıblar.
Ölkədə, xüsusilə, qərb bölgələrində vəziyyət hər saat gərginləşir. Ölkə lideri Müəmmər Qəddafi tərəfdarlarının mitinqlərinin keçirildiyi paytaxt Tripolidə isə vəziyət nisbətən sakitdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: