Liviyada zorlama qalmaqalı
27 Mart 2011 Bazar 14:42
"Tək idim. Viski vardı. Məni bağladılar. Söydülər. Hər şeyi çəkirdilər...".
Liviyada iki gün polis nəzarəti altında qalan qadın zorlandığını iddia edib. İki gün ərzində 15 təhlükəsizlik işçisi tərəfindən təcavüzə məruz qaldığını deyən İman Əl Obeydi paytaxt Tripolidəki Rixos Otelini bir-birinə qatıb. Otelin nahar salonundakı xarici mətbuat mənsublarına bədənindəki zərbə izlərini göstərmək istəyən Obeydiyə Liviya İnformasiya Nazirliyinin nümayəndələri mane olmaq istəyib. Obeydi, otel işçiləri, hadisə yerində olanlar, polis və nazirlik işçiləri arasında baş verən qalmaqal anbaan "Associates Press" agentliyinin fotoqrafı tərəfindən çəkilib.
Baş vermiş hadisə nəticəsində jurnalistlərə aid iki kamera sınıb, jurnalistlərdən biri isə döyülüb.
Liviya lideri Muammər Qəddafinin istefasını istəyən üsyançıların tutduğu Benqazi şəhərindən gəldiyinə görə Tripolidə bir idarədə saxlandığını deyən Obeydi yaşadıqlarını belə danışıb:
"Tək idim. Viski vardı. Məni bağladılar. Söydülər. Hər şeyi çəkirdilər... Üstümə pəşov etdilər Qürurumu qırdılar".
Obeydinin hadisədən sonra nazirliyin nümayəndələri tərəfindən bir avtomobilə mindirilərək aparıldığı bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: