Liviyada yeni üsyan başladı
15 Oktyabr 2011 Şənbə 00:45
Qəddafinin silahlı qüvvələri qiyamçıların silah anbarını partlatdılar.
Qəddafinin tərəfdarları Milli Keçid Şurasının silahlı birliklərinə məxsus silah anbarını partladıblar. Şahidlərin sözlərinə görə, anbarda qiyamçıların NATO ölkələrindən aldıqları silahlar olub.
Dünən günün ikinci yarısında Müammər Qəddafinin yüzlərlə tərəfdarı liderlərinin çağırışı ilə Liviyanın paytaxtı Tripolidə dinc aksiya keçiriblər. Qiyamçı hökumətin silahlı dəstələri nümayişçiləri atəşə tutub və Tripolidə qızğın döyüşlər başlayıb. Hazırda paytaxtın bir çox məhəllələrin silahlı toqquşmalar davam edir. Tripoli hava limanının ətrafında da döyüşlərin getdiyi bildirilir. Məlumatı Milli Keçid Şurasının nümayəndələri də təsdiqləyiblər.
Devrilmiş Liviya liderinin tərəfdarları hava qaraldıqdan sonra hazırkı hakimiyyətə “böyük sürpriz” vəd ediblər. Onlar ölkə əhalisini kimin tərəfində olduqlarını dəqiqləşdirməyə çağırıblar.
Bəzi məlumatlara görə, üsyana Müammər Qəddafinin böyük oğlu Seyf fəl-İslam başçılıq edir. Onun silahlı dəstəsinə keçmiş rejimin tərəfində döyüşməyə razılığ verən yerli tayfaların nümayəndələri də qoşulublar.
Aralıq dənizinin sahilindəki Əz-Zaviyə şəhərində də qızğın döyüşlər gedir. Bundan başqa, Qəddafinin tərəfdarları bildiriblər ki, qiyamçıların Tripolidən 200 kilometr qərbdə yerləşən Misurata şəhərindəki mövqelərini raket atəşinə tutublar. Bu hücum nəticəsində onlarla adam ölüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: