Liviyada vəziyyət pik həddə çatıb
23 Aprel 2011 Şənbə 17:52
Mayk Mallen: “Liviyadakı gərgin vəziyyətdən radikal qruplar istifadə edə bilər”.
ABŞ Birləşmiş qərargah rəisləri komitəsinin sədri Mayk Mallen bildirib ki, NATO koalisiya qüvvələrinin Liviya prezidenti Müammar Qəddafiyə sadiq olan ordunun aviazərbələr endirməsi, onların döyüş potensialını 30-40 faiz aşağı salıb.
Hərbiçi Bağdadda yerləşən Amerika hərbi bazasını baş çəkərkən Liviyadakı vəziyyəti də qiymətləndirib. O bildirib ki, Liviyadakı ümumi vəziyyət “pat” vəziyyətinə doğru irəliləyir. Bu isə o deməkdir ki, təfəflərdən heç biri vəziyyətin gedişatını öz xeyrinə doğru dəyişə bilmir.
M. Mallen etiraf edib ki, Liviyadakı gərgin vəziyyətdən radikal qruplar istifadə edə bilər. Amma o məlumat verib ki, hələki Liviya müxalifətinin ordu sıralarında “Əl-Qaidə” silahlılarının olması faktı aşkarlanmayıb.
“Biz buna olduqca böyük diqqət ayırırıq. Çünki bu məsələnin ciddiliyini anlayırıq. Amma bununla belə, hələki orada “Əl-Qaidə”nin olduğunu görmürük”, deyə ABŞ qərargah rəisi bildirib.
Qeyd edək ki, ötən ay NATO nümayəndəsi deyib ki, ABŞ kəşfiyyatı nümayişçilərin içində “Əl-Qaidə” üzvlərinin “işartı”ların olduğu müşahidə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: