Liviyada qiyamçılar Bin Cavad şəhərini ələ keçirdilər
06 Mart 2011 Bazar 04:01
Əz-Zaviyyə şəhərində ötən günkü toqquşmalar zamanı azı 30 nəfər həlak olub.
Liviyanın Əz-Zaviyyə şəhərində Müammər Qəddafanin tərəfdarlarları və əleyhdarları arasında ötən gün baş verən toqquşmalar zamanı azı 30 nəfər ölüb. Qəddafiyə sadiq qoşunlar tanklardan və ağır artilleriyadan istifadə etməklə müxalifətin bu şəhərdəki mövqelərinə iki dəfə hücum edib.
Bu arada isə qiyamçılar Tripolidən 500 kilometr qərbdə yerləşən Bin Cavad şəhəroini ələ keçiriblər. Hazırda onlar Müəmmar Qəddafinin nəzarətində olan Sirt şəhərinə doğru irəliləyirlər.
Qiyamçıların Benqazi şəhərində formalaşdırdığı keçici Milli Şuranın rəhbəri, keçmiş ədliyyə naziri Mustafa Abdel Cəlil “Əl Cəzirə” telekanalına bildirib ki, yeni hökumət tezliklə bir neç əölkə tərəfindən tanınacaq. Miooi Şura Liviya müxalifətinin 30 nümayəndəsindən ibarətdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: