Liviyada ölənlərin sayı 800-ə çatıb
22 Fevral 2011 Çərşənbə Axşamı 20:01
Bu haqda Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin üzvü məlumat verib.
Liviyada müxalifətlə hakimiyyət tərəfdarları arasında baş verən toqquşmlar nəticəsində ölənlərin sayı 800 nəfərə çatıb. "Əl-Ərəbiyyə”nın məlumatına görə, bu haqda açıqlamanı Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin üzvü verib.

“Human Rights Watch” isə Liviyanın iki xəstəxanasına istinadən məlumat verir ki, fevralın 20-dən bu vaxta qədər ən azı 62 nəfər iğtişaşların qurbanı olub. Bir müddət öncə “Əl-Ərəbiyyə” telekanalının Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin açıqlamalarına istinadən verdiyi məlumata görə, Liviyada kütləvi toqquşma və iğtişaşlar nəticəsində həlak olanların sayı 600 nəfərə çatıb. Bundan başqa, minlərlə insan xəsarət alıb.

Xatırladaq ki, Liviyada müxalifətlə hakimiyyət arasında toqquşmlar fevralın 15-dən davam edir. Müxalifət 40 ildən artıq hakimiyyətdə olan Müəmmar Qəddafinin istefa verməsini tələb edir. Müəmmar Qəddafi 1969-cu ildən Liviyaya rəhbərlik edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar