Liviyada nümayişlər yenidən baş qaldırıb
08 İyul 2011 Cümə 22:14
Minlərlə nümayişçi ölkə başçısına dəstəyini bildirmək üçün küçələrə axışıb.
Liviyanın paytaxtı Tripolidə Müəmmər Qəddafinin minlərlə tərəfdarı şəhərin ən böyük meydanında cümə namazını qıldıqdan sonra ölkə başçısına dəstəyini bildirmək üçün küçələrə axışıblar. Nümayişçilərin çoxu “Yalnız Allah, Müəmmər və Liviya” və “Liviya xalqı Müəmmarin lider olmasını istəyir” kimi şüarlar səsləndirib.

Xatırladaq ki, NATO mart ayında Liviyada hava zərbələrini keçirtməyə başlayıb. Koalisiya və onun ərəb müttəfiqləri dinc sakinləri müdafiə etmək üçün BMT-nin mandatına uyğun olaraq hərbi əməliyyatı keçirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar