Liviyada keçid dövrü hökuməti formalaşdırıldı
27 Fevral 2011 Bazar 16:36
Müvəqqəti hökumətə keçmiş ədliyyə naziri başçılıq edir.
Benqazi şəhərini tam ələ keçirən müxalifət keçid dövrü hökumətini formalaşdırıb. Müvəqqəti hökumətə keçmiş ədliyyə naziri Mustafa Əbdül Cəlil başçılıq edir. Hökumətin tərkibinə həm hərbçilər, həm də mülki şəxslər daxil edilib.
Hökumət 3 ay ərzində Liviyanı seçkilərə hazırlamalıdır. Mustafa Əbdül Cəlil Tripoli şəhərinin paytaxt olaraq qalacağını bildirib. O, Qəddafi əlehdarlarını birlik və həmrəyliyi qoruyub saxlamağa çağırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: