Liviyada hökumətə qarşı təhdidlər davam edir
03 Mart 2014 Bazar Ertəsi 02:00
Müvəqqəti parlament olan Ümumi Milli konqresin binasına təşkil edilən hücumda 3 deputatın yaralandığı bildirilir.
Liviyada hökumətə qarşı təhdidlər davam edir. ANS PRESS-in xəbərinə görə, Liviyanın paytaxtı Tripolidə parlamentin binasına hücum təşkil edilib.
Müvəqqəti parlament olan Ümumi Milli konqresin binasına təşkil edilən hücumda 3 deputatın yaralandığı bildirilir. Hücumu əlisilahlı bir qrup zorla parlament binasına girərək həyata keçiriblər. Hücumda binanın bəzi hissələrinə də zərər dəyib.
Hadisə şahidləri hücumun səbəbini yeni hökumətin 2014-cü il fevral ayında olacaq seçkilərin vaxtını 1 il müddətinə təxirə salması göstərilir. Qərara etiraz edən bir qrup fəal isə qəzəblənərək bu addımı atıblar. Digər bir qrupun isə Liviya dövlət televiziyası binasına hücum etdiyi vurğulanıb.
Qeyd edək ki, Liviyada parlament ölkədə davam edən qeyri-stabil siyasi vəziyyətlə əlaqədar seçkilərin vaxtını 1 il müddətinə təxirə salıb.
DOSTLARINLA PAYLAŞ: