Liviyada Əl Cəzirə telekanalının operatoru həlak olub
13 Mart 2011 Bazar 00:41
Əl Cəzirə telekanalı çəkiliş qrupunun atəşə tutulmasında Liviya liderinin silahlı dəstələrini günahlandırır.
Liviyanın Benqazi şəhəri yaxınlığında “Əl Cəzirə” telekanalının operatoru həlak olub. ANS PRESS-in telekanalın internet saytına istinadən verdiyi məlumata görə, çəkiliş qrupu silahlı şəxslər tərəfindən atəşə tutulub. Operator Əli Həsən əl-Cabir həlak olub, onu müşayiət edən “Əl Cəzirə” müxbiri isə güllə yarası alıb. Komandanın daha bir üzvü də həlak olub. Amma onun şəxsiyyəti hələ məlum deyil.
“Əl Cəzirə” telekanalının məlumatına görə, çəkiliş qrupu yaxınlıqdakı şəhərdə müxalifətin keçirdiyi aksiyandan Benqaziyə qayıdırmış. Telekanal iddia edir ki, operator Liviya lideri Müammər Qəddafiyə yaxın hərbçilər tərəfindən qətlə yetirilib.
Telekanalın baş direktoru bəyan edib ki, telekanal operatorun ölümündən sonra susmayacaq. O bildir ki, bu hadisə telekanala qarşı Liviya lideri Müammər Qəddafi tərəfindən aparılan kampaniyadan sonra baş verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: