Liviyada baş nazir qaçırıldı
10 Oktyabr 2013 Cümə Axşamı 10:37
Liviya hökumətinin rəsmiləri Əli Zeydananın oğurlanması faktını təsdiqləyib.
Liviyanın baş naziri Əli Zeydan bir qrup silahlı dəstə tərəfindən qaçırılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Liviya hökumətinin rəsmiləri Əli Zeydananın oğurlanması faktını təsdiqləyib. Tripolidə yerləşən otellərin birində baş verən hadisədə silahlı dəstə naziri tutub naməlum istiqamətə aparıblar. Hadisənin digər təfərrüatları barədə hələlik məlumat açıqlanmır.
Əli Zeydan ötən ay "CNN"ə müsahibəsində Liviyanı "42 il ərzində Qəddafi tərəfindən dağıdılmış bir dövlət" adlandırmışdı. Baş nazirin bu bəyanatları səbəbindən Qəddafi rejiminin tərəfdarı olan silahlı qruplaşma tərəfindən qaçırıldığı ehtimal edilir.
DOSTLARINLA PAYLAŞ: