Liviya-Tunis sərhədində döyüşlər davam edir
30 Aprel 2011 Şənbə 01:05
Liviya-Tunis sərhədində döyüşlər davam edir. Hökumət qoşunları qiyamçıların sərhəddəki mövqelərinə zərbələr endirir.
Liviya lideri Müammər Qəddafinin qoşunları qiyamçıların ölkənin Tunislə sərhədindəki “Dehibat” nəzarət-buraxılış məntəqəsi yaxınlığındakı mövqelərinə yenidən hücum edib. Ötən günün ikinci yarısı qiyamçılar hökumət qoşunlarını elə həmin gün ələ keçirdikləri nəzarət-buraxılış məntəqəsində geri çəkilməyə məcbur ediblər.
“Qəddafinin qüvvələri güclü atəşə başlayıblar. Onlar nəzarət-ğuraxılış məntəqəsini yenidən ələ keçirməyə çalışırlar”, - Tunislə sərhəddəki Dehibat şəhərinin sakini “Reuters” agentliyinə bildirib.
Ötən gün Tunis hakimiyyəti Liviya ordusu və qiyamçılar arasında döyüş əməliyyatları zamanı sərhədin pozulmasına etiraz edib. Qəddafinin qoşunları qiyamçıların təqib edilməsi zamanı dövlət sərhədini pozmaqda ittiham olunur. Bundan başqa, Liviya artilleriyasının mərmiləri Tunis ərazisinə düşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: