Liviya təyyarəsində bir uşaq sağ qalıb
12 May 2010 Çərşənbə 13:10
12 yaşlı uşağın Niderland vətəndaşı olduğu bildirilir.
Bu gün Liviyanın paytaxtı Tripolidə baş verən təyyarə qəzasında Niderlanddan olan 17 yaşlı uşaq sağ qalıb. Bu barədə France Press agentliyi aeroportun əməkdaşlarına istinadən məlumat yayıb. Uşağın vəziyyəti barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, əvvəl bildirilirdu ki, Yohannesburq-Tripoli reysi həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 105 nəfərin hamısı həlak olub.
Afriqiyah Airways aviaşirkəti qəzanın baaş verdiyini təsdiqləsə də, neçə nəfərin ölməsi barədə heç bir məlumat verməyib.
Xatırladaq ki, bu gün səhər Liviyanın Tripoli aeroportunda Afriqiyah Airways aviaşirkəti nə məxsus təyyarə qəzaya uğrayıb. Nəticədə 105 nəfərin öldüyü bildirilir. Həlak olanlardan 94-nün sərnişin olduğu qeyd edilib.
Məlumata görə, yerə çırpılan təyyarə Cənub Afrika Respublikasından havaya qalxıbmış.
Hadisənin təfərrüatları barədə heç bir məlumat yoxdur. Yalnız təyyarənin yerə eniş edərkən qəzaya uğradığı məlumdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: