Liviya qiyamçıları Qəddafinin “yubkalı cəllad”ını ələ keçirdilər
06 Sentyabr 2011 Çərşənbə Axşamı 01:07
Huda ben Amer dəfələrlə kütləvi edamları həyata keçirib, insanlara atəş açmaq əmri verib.
Liviya qiyamçıları Müammər Qəddafinin tərəfdarı, “yubkalı cəllad” ayamasını qazanmış 59 yaşlı Huda ben Ameri ələ keçiriblər. Məlumatı “Əl Ərəbiyə” yayıb.
Huda ben Amer Qəddafini soyqırımının ən qəddar iştirakçılarından sayılır. O, dəfələrlə kütləvi edamları həyata keçirib, insanlara atəş açmaq əmri verib və digər qəddar əməllər törədib.
Huda ben Amerin adı ən çox axtarılan cinayətkarların qiyamçılar tərəfindən hazırlanan siyahısında olub. Onun Benqazidəki evi qiyam başlayandan bir neçə həftə sonra yandırılmışdı.
“Yubkalı cəllad”, “qaniçən” və “Huda-dar ağacı” kimi tanınan qadın Müammər Qədafinin hakimiyyəti dövründə iki dəfə Benqazinin meri təyin edilib, Qadınlar üzrə Komitənin baş katibi, vitse-spiker, sonralar isə spiker olub. Onun qəddarlığı ilə seçilən atası Müammər Qəddafinin yaxın dostu olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: