Liviya qiyamçıları iri neft limanını da ələ keçirdilər
24 Avqust 2011 Çərşənbə 03:37
Qəddafinin qoşunları Sirt şəhərinə doğru geri çəkilir
Liviya qiyamçıları hökumət qoşunlarının ölkənin iri neft limanı olan Ras-Lanuf şəhərindən çıxarıb. Məlumatı Reuters agentliyi qiyamçılara istinadən yayıb. Məlumata görə, Qəddafinin qoşunları Sirt şəhərinə doğru geri çəkilir. Qiyamçıların nümayəndəsi Məhəmməd Zauvavi bilirib ki, döyüş zamanı neft nəqli üçün avadanlıqlara heç bir ziyan dəyməyib.

Vətəndaş müharibəsi başlayanadək Ras-Lanufdakı neft terminalından sutka ərzində təxminən 195 min barel neft nəql edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar