Liviya paytaxtı növbəti aviazərbələrə məruz qalıb
12 May 2011 Cümə Axşamı 10:23
Liviya paytaxtı növbəti aviazərbələrə məruz qalıb. Ölən və yaralıların olduğu xəbər verilir.
Liviya paytaxtı Tripolinin mərkəzinə bu gecə azı dörd aviazərbə endirilib. Xarici jurnalistlərin qaldığı mehmanxana yaxınlığında gücü partlayış səsləri eşidilib. Sonuncu raketin atılmasından sonra isə əraziyə təcili yardım maşınları istiqamətlənib. Ölən və yaralıların olduğu xəbər verilir.
Liviya dövlət televiziyasının məlumatına görə NATO-nun aviazərbələri zamanı Müəmmər Qəddafinin qərargahının yerləşdiyi Bab əl-Əziziyə rayonu hədəfə alınıb. Xarici jurnalistlərin isə qaldıqları mehmanxananı tərk etməsinə icazə verilməyib.
Son aviazərbələr Liviya liderinin iki həftə ərzində ilk dəfə dövlət televiziyası ilə nümayiş etdirilməsindən bir neçə saat sonra endirilib. Ümumilikdə isə martın 31-də NATO-nun hərbi əməliyyatlarının başlamasından bəri Liviya 2400-dən çox aviazərbə ilə hədəfə alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: