Liviya parlamentində atışma olub
30 Aprel 2014 Çərşənbə 00:03
Parlament üzvləri ölkənin yeni baş nazirinin seçilməsi üzrə səsverməni təxirə salmağa məcbur olublar.
Silahlı adamlar Liviya parlamentinə girərək atəş açıblar.
ANS PRESS-in məlumatına görə, bir neçə nəfər yaralanıb.
Parlament üzvləri ölkənin yeni baş nazirinin seçilməsi üzrə səsverməni təxirə salmağa məcbur olublar. Hücum edənlər hökumət başçılığına namizədliyini vermiş, amma səs toplaya bilməmiş siyasətçilərdən birinin adamlarıdır.
Aprelin 13-də müvəqqəti baş nazir Abdalla at-Tani istefa verdikdən sonra bu vəzifə boşdur. Özü və ailəsi silahlı hücuma məruz qaldıqdan sonra o, vəzifədən istefa verib.
DOSTLARINLA PAYLAŞ: