Liviya hökumetinden ehaliye xeberdarlıq
13 Avqust 2013 Çərşənbə Axşamı 13:51
Livanın dövlet naziri Mervan Şerbil, Suriyada qaçırılan Livan vetendaşlarının yaxınlarına müraciet edib.
Livanın dövlət naziri Mərvan Şerbil, Suriyada qaçırılan Livan vətəndaşlarının yaxınlarına müraciət edib.
ANS PRESS-in Haberler.com-a istinadən verdiyi xəbərə görə, Suriyada qaçırılan 9 nəfər Livan vətəndaşının yaxınları ilə görüşən nazir, onlara ölkədəki Türkiyə təşkilatlarına hücum etməmələri və Beyrut hava limanını bağlamamaları üçün xəbərdarlıq edib.
Görüşdən sonra mətbuata açıqlama verən nazir bildirib ki, onlara qanunların hər şeydən uca olduğu hər kəsin öz hərəkətlərinə görə hesaba çəkiləcəyi deyilib.
Qeyd edək ki, ötən ilin may ayında 11 Livan vətəndaşı İranın Məşhəd ziyarətindən qayıdarkən, Suriyanın Azez şəhəri yaxınlığında naməlum şəxslər tərəfindən qaçırılmışdılar. Onlardan ikisi sonrada Türkiyənin vasitəçiliyi ilə sərbəst buraxılıb.
DOSTLARINLA PAYLAŞ: