Liviya hökuməti İnterpolla əməkdaşlıq edəcək
30 İyul 2013 Çərşənbə Axşamı 13:18
Əməkdaşlıq son günlər ölkədə baş vermiş partlayışların araşdırılmasını nəzərdə tutur.
Liviyada baş verən ardıcıl partlayışlardan və kütləvi həbxsana qaçışlarından sonra, rəsmi Tripoli görüləcək tədbirlərlə bağlı açıqlama verib. Liviyanın baş naziri Əli Zidan Benqazidə 2 məhkəmə zalında partlayışlar törədənlərin əslində bununla Liviya inqilabı ruhunu zəiflətməyə çalışdıqlarını deyib. Partladılan məhkəmə binalarından birində Qəddafinin vaxtında diktaturaya qarşı ilk etirazlar keçirilib. Şəhər ümumilikdə, Qəddafi rejimini devirmiş inqilabın beşiyi sayılır.

“Benqazini və bu dövlət obyektlərini hədəfə almaqla, onlar əslində “İnqilab ruhunu”, “İnqilabın mənbəyini” hədəfə alırlar” - deyə Liviyanın baş naziri Əli Zidan qeyd edib.

Rəsmi Tripoli insidentlərin araşdırılmasında beynəlxalq polis təşkilatı olan İnterpolla əməkdaşlıq edəcək. Nazirin dediyinə görə, adı çəkilən qurum instintaq və barmaq izlərinin tədqiq olunması üçün Tripoliyə öz yardımını təklif edib. Zidan həmçinin istintaqa Britaniya hökumətinin yardım edəcəyini deyib. Liviyanın ikinci ən iri şəhəri sayılan Benqazi inqilabın beşiyi olmasına rəğmən olduqca həssas coğrafiyanı əhatə edir. Nazir, eyni zamanda, bir gün əvvəl minlərlə məhbusun azadlığa çıxması ilə nəticələnmiş iri həbsxana qaçışından da danışıb. Zidan, eyni zamanda, görülən tədbirlər çərçivəsində Liviya-Misir sərhədində gediş-gəlişin müvəqqəti olaraq dayandırıldığını, sərhəddən yalnız gömrük mallarının buraxıldığını deyib. Misir hökuməti də eynilə Zidanın hökuməti ilə əməkdaşlıq edərək, sərhəd Tobruk şəhərində, ölkə ərazisində gizlənməyə çalışan qaçaq məhbusları xilas etməyə çalışır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar